• şənbə, 27 Aprel, 07:59
  • Baku Bakı 12°C

Azərbaycanda 4 radioelektron vasitənin istifadəsi üçün xüsusi icazə tələb ediləcək

26.11.16 16:11 1083
Azərbaycanda 4 radioelektron vasitənin istifadəsi üçün xüsusi icazə tələb ediləcək
Nazirlər Kabineti"İstifadəsinə icazə vərəqəsi verilən radioelektron vasitələrin Siyahısı”nı təsdiq edib.
APA-nın məlumatına görə, siyahıya 4 radioelektron vasitə daxil edilib.
Siyahıya daxil edilən peyk və radiorele stansiyası və gəmi stansiyalarının XİFMN (xarici iqtisadi fəaliyyətin mal nomenklaturası) üzrə kodları idxal zamanı onların adından, tipindən, növündən, markasından və tərkibindən asılı olaraq müəyyən ediləcək.
İstifadəsinə icazə vərəqəsi verilən radioelektron vasitələrin siyahısına daxil edilmiş radiobaza stansiyasının və radioyayım ötürücüsünün isə XİFMN üzrə kodları siyahıda əksini tapıb. Radiobaza stansiyasının və radioyayım ötürücüsünün XİFMN üzrə kodları müvafiq olaraq 851761009 və 852550009-dur.
banner

Oxşar Xəbərlər