• şənbə, 20 Aprel, 07:22
  • Baku Bakı 14°C

Azərbaycanda 4 nəfəri güllələyən şəxsin adı məlum oldu

25.11.13 12:36 1299
Azərbaycanda 4 nəfəri güllələyən şəxsin adı məlum oldu
APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, noyabrın 24-də saat 16.00 radələrində Zaqatala rayonu Yuxarı Tala kəndinin ərazisində “VAZ-2107” markalı avtomobili idarə edən naməlum şəxs Balakən rayon sakini Vüsal Əliqayevin idarə etdiyi “Hyundai” markalı avtomobilin istiqamətində avtomat silahdan atəş açıb.
V.Əliqayevin sərnişinləri - Balakən rayon sakini Kamil Hüşənov, Bakı şəhər sakinləri Vasif Cəfərov və Vüqar Rəcəbov aldıqları güllə yarasından hadisə yerində ölüb, özü isə xəsarət alıb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Balakən rayon sakini Samir Osmanov tərəfindən törədilməsi müəyyən edilib.
Faktla əlaqədar cinayət işi başlanıb.
Polis və prokuroqluq orqanları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin tapılıb-tutulması istiqamətində istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri aparılır.
banner

Oxşar Xəbərlər