• cümə axşamı, 28 mart, 14:35
  • Baku Bakı 16°C

Azərbaycanda 4 avtomobil bir gecədə yandı

27.06.13 07:25 1249
Azərbaycanda 4 avtomobil bir gecədə yandı
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Oğuz rayonunda "Chevrolet Niva" markalı minik avtomobilin akkumulyator hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Kürdəmir rayonu Aran qəsəbəsində vətəndaşa məxsus "Москвич" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yanğın saat 03:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus "Toyota" markalı minik avtomobilinin müharrik hissəsi yanıb. Avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Həmçinin, Masallı şəhərində (rayon mərkəzindən 3 km aralı) vətəndaşa məxsus "Mercedes" markalı mikroavtobusun salonu yanıb. Mikroavtobusun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
banner

Oxşar Xəbərlər