• çərşənbə, 24 Aprel, 20:48
  • Baku Bakı 23°C

Azərbaycanda 33 dərəcə isti olacaq - Proqnoz

12.05.14 11:07 1098
Azərbaycanda 33 dərəcə isti olacaq - Proqnoz
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-şərq küləyi, gecəyə doğru arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 15-20, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında da mayın 13-də havanın gündüz əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, axşam qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 16-21, gündüz 28-33, dağlarda gecə 8-13, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza əsasən, mayın 13-ü və 14-də Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi, 14-də hava şəraitinin küləkli keçməsi bəzi metohəssas insanlarda narahatlıq hissi yarada bilər.
banner

Oxşar Xəbərlər