• çərşənbə axşamı, 16 aprel, 15:17
  • Baku Bakı 19°C

Azərbaycanda 3106 əkiz, 117 üçəm, 4 dördəm doğulub

23.01.21 16:15 436
Azərbaycanda 3106 əkiz, 117 üçəm, 4 dördəm doğulub
Ötən ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda 116 min 454 körpə doğulub. Əhalinin hər 1000 nəfərinə bu göstərici 12,7 təşkil edib.
Dövlət Statistika KomitəsindənKaspi.az-a bildiriblər ki, doğulanların 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşaqlarıdır. Körpələrin 3106-sı əkiz, 117-si üçəm, dördü isə dördəmdir.
Ötən ilin on bir ayı ərzində ölkədə 61 min 147 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,7 təşkil edib.
banner

Oxşar Xəbərlər