• şənbə, 20 Aprel, 08:56
  • Baku Bakı 14°C

Azərbaycanda 308 müəssisənin fəaliyyəti dayandırılıb

23.01.14 15:10 1176
Azərbaycanda 308 müəssisənin fəaliyyəti dayandırılıb
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən 2013-cü il ərzində standartların tələblərinə, metroloji norma və qaydalara riayət edilməsinə nəzarət etmək məqsədi ilə sahibkarlıq subyektlərində yoxlamalar aparılıb. Bu barədə Lent.az-a Komitədən məlumat verilib. Yoxlamalar zamanı 1279 təsərrüfat subyektində standartların, metroloji norma və qaydaların tələblərinin pozulması halları aşkar edilərək barələrində qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görülüb.
Aşkar edilmiş pozuntuların aradan qaldırılması üçün müddət müəyyən etməklə müəssisələrə 1279 iradnamə və məhsul partiyası satışının qadağan edilməsi barədə 689 tələbnamə verilib, 308 sahibkarlıq subyektində məhsulların istehsalı və satışı qadağan edilib.
İstehsalın və satışın qadağan olunması barədə tələbnamələrdən 24-ü unlu-qənnadı məmulatları, 30-u çörək məmulatları, 22-si dönər istehsalı, 12-si süd məhsulları, 10-u alkoqolsuz içkilər, 11-i mebel istehsalı, 199-u isə digər məhsul növləri istehsal edən təsərrüfat subyektlərinə verilib. Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən dövlət nəzarəti aparılan təsərrüfat subyektlərində 32 631 ədəd ölçmə vasitəsinin müqayisəli dövlət yoxlanışından keçmədiyi, 932 adda məhsulun uyğunluq sertifikatı olmadan istehsal olunduğu aşkar edilib.
banner

Oxşar Xəbərlər