• çərşənbə axşamı, 19 mart, 13:33
  • Baku Bakı 8°C

Azərbaycanda 28-29 may tarixlərinə olan hava proqnozu açıqlanıb

27.05.17 15:46 768
Azərbaycanda 28-29 may tarixlərinə olan hava proqnozu açıqlanıb
Mayın 28-də Bakıda və Abşeron yarımadasındahavaşəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Şimal küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya DepartamentindənAPA-ya verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 14-17, gündüz 21-26, Bakıda gecə 15-17, gündüz 24-26 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 13-18, gündüz 25-30, dağlarda gecə 7-12, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.
Bakıda və Abşeron yarımadasında mayın 29-dahavaşəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 13-16, gündüz 20-25, Bakıda gecə 14-16, gündüz 23-25 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 761 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında mayın 29-dahavaşəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 13-18, gündüz 26-31, dağlarda gecə 7-12, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər