Azərbaycanda 2022-ci ilin sonunadək bütün kassalar e-kassalarla əvəzlənəcək
Hazırda Azərbaycanın ticarət və ictimai iaşə obyektlərində 24 mindən çox yeni nəsil e-kassa quraşdırılıb.
"APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter” səhifəsində bildirib.
Nazir qeyd edib ki, 2022-ci ilin sonunadək ölkədə olan bütün kassaların yeni nəsil kassalarla əvəz edilməsi nəzərdə tutulub.