• cümə axşamı, 28 mart, 22:19
  • Baku Bakı 13°C

Azərbaycanda 2020-ci ilədək 5 minədək uşaq...

12.11.18 14:00 489
Azərbaycanda 2020-ci ilədək 5 minədək uşaq...
"Sağlamlıq imkanları məhdud uşaqlar üçün inklüziv təhsilin genişləndirilməsi” layihəsi çərçivəsində Azərbaycanda 2020-ci ilədək 5000 nəfərədək sağlamlıq imkanları məhdud uşağın ümumtəhsil məktəblərində təhsil almasına imkan yaradılacaq.
Trend-in məlumatına görə, bunu YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin adıçəkilən layihənin təqdimat mərasimində çıxış edərkən bildirib.
O əlavə edib ki, növbəti 5 il ərzində bu rəqəm 20 minə çatacaq.
E.Karvardin qeyd edib ki, inklüziv təhsil Azərbaycan üçün nisbətən yeni konsepsiyadır. Bu təhsil sistemi sinif şəraitində əlil uşaqların təhsil almaq imkanlarını genişləndirir, onların yüksək səviyyəli təhsil proqramlarına cəlbini artırır, stereotipləri aradan qaldırır:
"Bu baxımdan inklüziv təhsil Azərbaycanın sosial-iqtisadi inkişafında gündəmdə dayanan məsələlərin həllinə öz töhfəsini vermiş olur. İnsan kapitalının inkişafı və əhalinin rifahının yüksəlməsi birbaşa olaraq təhsillə əlaqədardır. YUNİSEF də bu təşəbbüsdə iştirak edir. Çox şadıq ki, Azərbaycan cəmiyyəti üçün inklüziv təhsil sisteminin qurulmasına öz töhfəmizi veririk. YUNİSEF böyük məmnuniyyətlə bu layihədə iştirak edir".
banner

Oxşar Xəbərlər