• çərşənbə axşamı, 23 aprel, 14:54
  • Baku Bakı 24°C

Azərbaycanda 2017-ci ildə makroiqtisadi sabitliyi təmin etmək mümkün olub

22.05.18 14:15 726
Azərbaycanda 2017-ci ildə makroiqtisadi sabitliyi təmin etmək mümkün olub
Azərbaycanda 2017-ci ildə makroiqtisadi sabitliyi, maliyyə dayanıqlığını və iqtisadi artımı təmin etmək mümkün olub.
Trend-in məlumatına görə, bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində "2017-ci il Azərbaycan dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirələri zamanı maliyyə nazirinin müavini Azər Bayramov deyib.
O bildirib ki, bu göstəricilər ölkədə iqtisadi islahatların həyata keçirilməsi sayəsində əldə olunub:"Qeyd edim ki, 2017-ci ildə Azərbaycanın strateji valyuta ehtiyatları əvvəlki illə müqayisədə 4 milyard artaraq 41 milyard dollar təşkil edib. Dövlət Neft Fondundan transfertlər istisna olmaqla dövlət büdcəsinin gəlirləri 5,3 faiz artıb. Azərbaycanın xarici ticarəti 12 faizdən çox, qeyri-neft ixracı 24,4 faiz, qeyri-neft sektorundan daxilolmalar 5 faiz artıb”.
banner

Oxşar Xəbərlər