AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycanda 155 nəfər koronavirusa yoluxdu, 149 nəfər sağalıb, 3 nəfər dünyasını dəyişdi

Azərbaycanda 155 nəfər koronavirusa yoluxdu, 149 nəfər sağalıb, 3 nəfər dünyasını dəyişdi

Cəmiyyət
13 Sentyabr 2020, 18:51 1000
Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 155 yoluxma faktı qeydə alınıb, 149 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 38 min 327 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 35 min 756 nəfər müalicə olunaraq sağalıb, 562 nəfər vəfat edib. Aktiv xəstə sayı 2009 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6751, ötən müddət ərzində isə ümumilikdə 1 milyon 9 min 478 test aparılıb.