AZE | RUS | ENG |

Azərbaycanda 112 qeyri-qa­nun­i miqrant saxlanılıb

Azərbaycanda 112 qeyri-qa­nun­i miqrant saxlanılıb
Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən son dörd gün ərzində qanunsuz miqrasiyaya qarşı keçirilmiş təd­bir­lər za­ma­nı ümu­­mi­likdə 112 əcnə­bi sax­­­la­nıl­ıb.
 
DMX-dən Trend-ə verilən məlumata görə, onlardan 22-si Rusiya, 18-i Gürcüstan, 13-ü Türkmənistan, 12-si Hindistan, 9-u Pa­kis­tan, 7-si Özbəkistan, 6-sı Ukrayna, 6-sı İran, 4-ü Türkiyə, 3-ü İraq, 3-ü Nigeriya, 2-si Qazaxıstan, 2-si Birləşmiş Ərəb Əmirlikləri, 1-i Nepal, 1-i Mərakeş, 1-i Fransa, 1-i Norveç və 1-i Suriya vətəndaşıdır.
Saxlanılmış 6 nəfər Pakistan, 3 nəfər Nigeriya, 2 nəfər Hindistan və 1 nəfər Qazaxıstan vətən­da­şının qeydiyyat ünvanı üzrə yaşamadıqları, həmçinin 13 nəfər Türkmənistan (səy­yar ticarət) və 3 nəfər Hindistan vətəndaşının Azərbaycan Res­pub­li­ka­­sı­nın ərazisində gəlişinin bəyan edilmiş məqsədlərini pozduqları, digər 84 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyən edilib.

Saxlanılmış əcnəbilərdən 89 nəfər barəsində inzibati qərarlar qəbul edilib, digər əcnəbilərin Azərbaycan Respub­li­ka­­sı hü­dud­la­rından kə­na­ra çıxarılması istiqa­mətində müvafiq tədbirlər görülür.
 
DMX qanunsuz miqrasiyaya qarşı mü­ba­­ri­zə tədbirlərini da­vam etdirir.



Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6308
GBP 1 İngilis funt sterlinqi 2.2029
TRY 1 Türk lirəsi 0.2991
KWD 1 Küveyt dinarı 5.6028
SEK 1 İsveç kronu 0.1885
EUR 1 Avro 1.9474
CHF 1 İsveçrə frankı 1.7062
USD 1 ABŞ dolları 1.7000