• şənbə, 20 Aprel, 04:55
  • Baku Bakı 15°C

Azərbaycanda 1000-dən çox müəllimin təhsil sənədinin dövlət nümunəli olmadığı aşkarlanıb

16.03.17 12:15 661
Azərbaycanda 1000-dən çox müəllimin təhsil sənədinin dövlət nümunəli olmadığı aşkarlanıb
Təhsil NazirliyiAzərbaycanda saxta və yaxud ixtisasına uyğun olmayan sənədlə işləyən müəllimlərin aşkarlanması istiqamətində mütəmadi araşdırmalar aparır.
Nazirliyin Aparat rəhbəri Fariz RzayevAPA-ya bildirib ki, 2015-ci ilin sentyabrında respublikanın müxtəlif şəhər və rayonlarında müəllim vəzifəsində çalışan, təhsil sənədi dövlət nümunəli olmayan 600-ə yaxın müəllim aşkarlanıb.
Aparat rəhbərinin sözlərinə görə, onlarla bağlanmış əmək müqavilələrinə əmək qanunvericiliyinin tələbləri gözlənilməklə xitam verilməsi yerli təhsili idarəetmə orqanlarına tapşırılıb: "2016-cı ilin sonunda respublikanın 26 şəhər və rayonunda çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi aparılarkən müəllimlərin təhsil sənədləri t yoxlanılıb və 500-ə yaxın müəllimin təhsil sənədinin dövlət nümunəli olmadığı aşkarlanıb. Müvafiq tədbirlərin həyata keçirilməsi istiqamətində hazırlıq işləri aparılır”.
banner

Oxşar Xəbərlər