• cümə, 19 Aprel, 23:34
  • Baku Bakı 24°C

Azərbaycanda 100-dən artıq xəstə böyrək köçürülməsi üçün növbə gözləyir

07.09.16 12:14 1096
Azərbaycanda 100-dən artıq xəstə böyrək köçürülməsi üçün növbə gözləyir
Hazırda Azərbaycanda 100-dən artıq xəstə böyrək köçürülməsi üçün növbə gözləyir.
Trend-in məlumatına görə, bunu Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının Böyrəkköçürmə şöbəsinin müdiri Şahlar Nəsirov jurnalistlərə açıqlamasında deyib.
Bu günə qədər Azərbaycanda 732 nəfər üçün böyrək köçürülmə əməliyyatının həyata keçirildiyini deyən Ş.Nəsirov əlavə edib ki, son 3 ildə 49 xəstəyə canlı donordan böyrəkköçürmə əməliyyatı aparılıb. Respublika Klinik Uroloji Xəstəxanasında il ərzində 1200-ə qədər cərrahiyə əməliyyatları icra olunur. Uşaq uroloji şöbəsi üzrə isə il ərzində 2 100-dən artıq xəstə ambulator müayinədən keçirilir. Onlardan təxminən 500 nəfəri cərrahiyyə əməliyyatı edilir. Uşaqlarda plastik cərrahi əməliyyatlar (ureteropieloanastomoz, ureterosistoneostomoiya, antivasal pieloanastomoz, uretroplastika və s.), aşağı və yuxarı sidik yollarının əməliyyatları icra olunur.
Ş.Nəsirov bildirib ki, böyrək köçürülməsi əməliyyatlarının müvəffəqiyyət göstəricisi dünya üzrə 95-97 %-dirsə, Azərbaycanda bu göstərici 92-95 %-dir: "Son beş il ərzində əməliyyatlarda yalnız bir xəstədə ölüm halı qeydə alınıb".
Şöbə müdiri bildirib ki, klinikanın 10 çarpayılıq hemodializ şöbəsində il ərzində 3680-dən artıq dializ seansı aparılır.
banner

Oxşar Xəbərlər