• çərşənbə, 24 Aprel, 13:45
  • Baku Bakı 27°C

Azərbaycanda 1 850 nəfər COVID-19-a yoluxub, 14 nəfər vəfat edib

15.10.21 16:17 474
Azərbaycanda 1 850 nəfər COVID-19-a yoluxub, 14 nəfər vəfat edib
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 850 yeni yoluxma faktı qeydə alınıb, 735 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Kaspi.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 498 630 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 476 964 nəfər müalicə olunaraq sağalıb, 6 734 nəfər vəfat edib, aktiv xəstə sayı 14932 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 346, ötən müddət ərzində isə ümumilikdə 5 000 973 test aparılıb.
banner

Oxşar Xəbərlər