• cümə, 26 Aprel, 17:51
  • Baku Bakı 23°C

Azərbaycana yeni vaksinlər nə vaxt gətiriləcək?

08.07.13 09:50 1535
Azərbaycana yeni vaksinlər nə vaxt gətiriləcək?
Bunu APA-ya açıqlamasında Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva son günlər peyvəndin Azərbaycana gətirilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib. O qeyd edib ki, Azərbaycana vaksinlər Ümumdünya Səhiyyə Təşkilatının qiymətləndirilməsindən sonra gətiriləcək. Onun sözlərinə görə, onlar tərəfindən hazırlıq işlərinin vəziyyəti qiymətləndiriləcək və ondan sonra iyulun sonu-avqustun əvvəlində vaksinin gətirilməsi nəzərdə tutulub: “Hələki buna hazırlıq işləri həyata keçirilir və bu proses tam başa çatmayıb: “Müəyyən bölgələrdə treninqlər aparılmalıdır, hazırda xüsusi soyuduculara yapışdırmaq üçün buraxılış vərəqlərinin paylanması həyata keçirilir, yerlərdə bizim keçirdiyimiz işlərdən sonra tibb işçilərinin tam əhatə olunması üçün rayon gigiyena və epidemiologiya mərkəzləri tərəfindən işlər davam etdirilir”.
A.Əliyeva qeyd edib ki, vaksinin tətbiq olunmasından öncə Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri vəziyyətlə tanış olmalıdırlar: “Onların səfəri isə iyulun 20-dən sonra gözlənilir. Hazırlıq işləri bir daha qiymətləndiriləcək və ondan sonra vaksinin gətirilməsi təmin ediləcək”.
banner

Oxşar Xəbərlər