• cümə, 19 Aprel, 06:35
  • Baku Bakı 13°C

Azərbaycana yeni təyyarə gətirilir

16.07.14 10:54 367
Azərbaycana yeni təyyarə gətirilir
“Azərbaycan Hava Yolları” QSC (AZAL) Britaniyada keçirilən "Farnboro" aviaşousu çərçivəsində Braziliya istehsalı olan iki «Embraer-190» sərnişin təyyarəsinin alınmasına dair müqavilə imzalayıb.
“APA-Economics”in “Embraer” aviasiya sənayesi şirkətinə istinadən verdiyi xəbərə görə, «Embraer-190» tipli bu iki təyyarə Heydər Əliyev Hava Limanında beynəlxalq uçuşların - əsasən Bakıdan Avropa marşrutları üzrə Praqa, Milan və ya Romaya həyata keçirilməsində istifadə ediləcək. Müqavilənin ümumi dəyəri 95,4 mln. dollar təşkil edir.
Bununla da AZAL-ın təyyarə parkında 6 “Embraer” tipli təyyarə olacaq. Onlardan ikisi “E-170”, dördü “E-190” tipli təyyarələrdir.
“Embraer” şirkətinin prezidenti və icraçı direktoru Paulo Sezar Silva bildirib ki, AZAL-ın bu sifarişi QSC-nin şirkətə olan etimadını nümayiş etdirir. O, təyyarələrin üstünlüklərindən danışarkən deyib ki, “E190” tipli sərnişin təyyarəsi sərnişindaşımaların ucuz həyata keçirilməsinə imkan açır.
Öz növbəsində “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov isə deyib ki, AZAL “E190S” modelindən olan təyyarə ilə uçan sərnişinlərdən müsbət rəylər alır: “Bundan başqa, “Embraer” təyyarələrinin istismarı yüksək effektivlik nümayiş etdirir. Bu təyyarələr Avropaya yeni marşrutların açılmasına şərait yaradacaq”.
Qeyd edək ki, hazırda AZAL-ın təyyarə parkında 7 "Airbus A-320", 4 "Boeing-757-200", 3 "Airbus A-319", 2 "Airbus A-340", 2 "Boeing-767-300ER" və artıq 4 "Embraer-190" avialaynerləri olacaq.
banner

Oxşar Xəbərlər