• cümə, 29 Mart, 11:14
  • Baku Bakı 5°C

Azərbaycana Yaşıl Ofis standartları gətirilir

09.01.15 15:13 1485
Azərbaycana Yaşıl Ofis standartları gətirilir
“Vətəndaş Cəmiyyətində Debat” İB, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İB ilə birgə, AR Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Yaşıl Ofis” layihəsinə start verir.
“Yaşıl Ofis” layihəsinin əsas məqsədi biznes, dövlət və beynəlxalq təşkilatların iştirakı ilə bu sahədə araşdırma aparmaq, beynəlxalq standartlar əsasında Azərbaycan dilində Yaşıl Ofis Standartları yaratmaq və standartların tətbiq olunması üçün addımlar atmaqdır. Layihənin 2015-ci ilin may ayında qədər davam etməsi planlaşdırılır.
Layihə çərçivəsində “Yaşıl Ofis” standartları yaradılacaq, nümunəvi “Yaşıl Ofis” formalaşdırılacaq və gənclər təşkilatları arasında standartlarla bağlı təbliğat və maarifləndirmə aparılacaq.
“Təşkilatımız 2010-cu ildən etibarən tərəfdaşları ilə birgə ölkədə gənclər arasında Yaşıl Düşüncəni təbliğ edir. Bu sahədə bir sıra yay məktəbləri, müsabiqələr və sərgilər, təlim və seminarlar, məlumat turları və debatlar həyata keçirilib. Təşkilatın 2012/2014-cü illər üçün strategiyası çərçivəsində bu istiqamətin genişləndirilməsi, beynəlxalq təcrübə əsasında Yaşıl Ofis standartlarının Azərbaycana gətirilməsi nəzərdə tutulmuşdur. ” – DVC Sədri Seymur Hüseynov qeyd etdi. Biz çox şadıq ki, ölkəmiz üçün tam yeni olan bu təşəbbüsün 2014-cü ilin iyul ayında Gənclər və İdman Nazirliyinin qrant müsabiqəsi çərçivəsində reallaşdırılması üçün dəstək göstərildi”.
Dünyada “Yaşıl Ofis” - müxtəlif növ idarələr üçün daxili ekoloji siyasəti inkişaf etdirmək məqsədi ilə yaradılmış xüsusi proqramlardır. Ofislərin ətraf mühitə göstərdiyi təsiri minimallaşdırmağa hədəflənən bu proqramlar ofis resurslardan səmərəli istifadəyə, işçilərin ekoloji istehlak haqqında maarifləndirilməsinə, ekoloji cəhətdən zərərsiz məhsul və xidmətlərin təklif olunmasına əsaslanır.
“Yaşıl Ofis”-lərin köməyi ilə təbii resurslara qənaət, qlobal iqlim dəyişikliyi probleminin həlli üçün kiçik, lakin real töhfə hesab olunur. Məhz bu səbəbdəndir ki, hazırda dünya üzrə 400 min sertifikatlaşmış Yaşıl Ofis fəaliyyət göstərir ki, bu rəqəmin 2015-ci ildə artıq 1,9 milyona çatacağı gözlənilir.
Layihə haqqında ətraflı məlumat almaq üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.
banner

Oxşar Xəbərlər