• şənbə, 20 Aprel, 12:49
  • Baku Bakı 23°C

Azərbaycana təkrar səfər edən turistlərin çoxu ərəblərdir

09.10.18 16:39 494
Azərbaycana təkrar səfər edən turistlərin çoxu ərəblərdir
Ötən illə müqayisədə bu il Birləşmiş Ərəb Əmirliyindən gələn turistlərin sayında azalma müşahidə edilir.
Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib.
N.Bağırovun sözlərinə görə, bu il Səudiyyə Ərəbistanı və Küveytdən gələn turistlərin sayı artıb. Ümumilikdə isə bu il Azərbaycana gələn turistlərin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 faiz artım qeydə alınıb.
Turist axının yüksəldilməsi üçün turizm sahəsində təbliğatın artırılmasını vacib sayan N.Bağırov əlavə edib ki, ölkəyə təkrar səfər edən turistlər də olur. Onların arasında ərəb dövlətlərindən gələnlərin sayı xüsusilə çoxdur.
banner

Oxşar Xəbərlər