• şənbə, 20 Aprel, 15:41
  • Baku Bakı 23°C

Azərbaycana səfər etmiş xarici vətəndaşların sayı ötən il 6% artıb

17.01.19 15:30 539
Azərbaycana səfər etmiş xarici vətəndaşların sayı ötən il 6% artıb
2018-ci ildə Azərbaycana səfər etmiş xarici vətəndaşların sayı6%və yaxud153min nəfərartaraq2,8mln. nəfərə çatıb.
"Report" bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, ötən ilin dekabr ayında isə Azərbaycana gələn əcnəbilərin sayı1%artıb.
2018-ci ildəRusiya, Gürcüstan və Yaxın Şərq ölkələrinin vətəndaşlarıümumi səyahətçi axınının 2/3 hissəsinitəşkil edib. Bu istiqamətlərdən gələnlərin sayı artsa da, əvəzində iranlı turistlərin sayı azalıb.
Qeyd edək ki, Yaxın Şərq ölkələrindən Azərbaycana gələnlərin sayı35%, Asiya ölkələrindən gələnlərin sayı isə55%artıb. Müsbət dinamikaya görəYaxın Şərq ölkələri arasında xüsusilə fərqlənənlər Səudiyyə Ərəbistanı (120%,41min), İsrail (161%,40min) və Küveyt (81%,30min), Asiya ölkələri arasında isə Pakistan (135%,73min) və Hindistan (175%,39min) olub.
banner

Oxşar Xəbərlər