• çərşənbə, 24 Aprel, 21:54
  • Baku Bakı 23°C

Azərbaycana qoyulan investisiyalar 260 milyard dolları keçib

27.09.19 13:06 565
Azərbaycana qoyulan investisiyalar 260 milyard dolları keçib
Ötən illər ərzində Azərbaycana qoyulan investisiyaların həcmi 260 milyard dolları keçib.
Trend-in məlumatına görə, bunu İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov İqtisadiyyat Nazirliyi yanıbda Sahibkarlığın İnkişafı Fondu ilə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi arasındakı "Ağıllı körpü” birgə treninq layihəsinin başa çatmasına həsr olunmuş mətbuat konfransında deyib.
Nazir müavini bildirib ki, son 8 ay ərzində qeyri-neft sektoru əhəmiyyətli artım nümayiş etdirib və bu, neft hasil edən ölkədə iqtisadiyyatın inkişafının vacib göstəricisidir:
"İnnovativ sahibkarlığın inkişafı bütün dünyada, o cümlədən də Azərbaycanda aktualdır. Ona görə də qlobal iqtisadiyyatda geniş yayılan innovativ sahibkarlıq Azərbaycanda iqtisadi islahatların vacib istiqamətlərindəndir”.
banner

Oxşar Xəbərlər