• şənbə, 20 Aprel, 17:33
  • Baku Bakı 23°C

“Azərbaycana qarşı hörmətsiz münasibətə dözmək niyyətində deyilik”

22.05.14 19:40 1532
“Azərbaycana qarşı hörmətsiz münasibətə dözmək niyyətində deyilik”
“Mən səfir Morninqstarın mövqeyi ilə bağlı öz münasibətini açıqlayan hər kəsə minnətdarlığımı bildirmək istəyirəm. Bu, bizim insanların həqiqi vətəndaş mövqeyidir”. APA-nın xəbərinə görə, bunu Azərbaycan Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev “Azərtac” Dövlət Agentliyinə müsahibəsində deyib.
R.Mehdiyev qeyd edib ki, ABŞ səfirinin müsahibəsi təəccüb doğurur: “ABŞ səfirinin bu müsahibəsi dünyada və postsovet məkanında daha çox Qərbin ucbatından gərginləşən geosiyasi proseslər fonunda ən azı təəccüb doğurur. Onu bu müsahibəni verməyə və diplomatik etiketə uyğun olmayan fikirlər səsləndirməyə vadar edən motiv və səbəblərin nə olduğunu deməyə çətinlik çəkirəm. Bu, ölkənin daxili işlərinə açıq, birbaşa, kobud müdaxilədir və buna haqq qazandırmaq mümkün deyil. Bu, həm də Diplomatik münasibətlər haqqında Vyana Konvensiyasına görə yolverilməzdir”.
R.Mehdiyev bildirib ki, səfirin müsahibədəki tonunda əmr və fikirlərini müstəqil dövlətə qəbul etdirmək cəhdi var: “Səfir Morninqstar unutmamalıdır ki, Azərbaycan kiminsə müstəmləkəsi yox, özünü tam təmin edən dövlətdir”. PA rəhbəri vurğulayıb ki, Morninqstar, ABŞ səfiri kimi, olduğu ölkənin suverenliyinə hörmətlə yanaşmağa borcludur: “Yeri gəlmişkən, bu, bəzi Qərb dövlətlərinin səfirlərinə də aiddir. Hansılar ki, Amerika səfirinin hərəkətlərinə uyğun olaraq hərəkət etməyə çalışırlar. Biz Azərbaycana qarşı hörmətsiz münasibətə dözmək niyyətində deyilik”.
R.Mehdiyev xatırladıb ki, Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan dövlətinə və xalqına saymazyana, hörmətsiz münasibətə dözmək niyyətində olmadığını dəfələrlə vurğulayıb.
banner

Oxşar Xəbərlər