AZE | RUS | ENG |

"Azərbaycana qarşı aqressiv münasibət açıq-aydın görünür"

"Qafqaz üçlüyü” filminə baxarkən Rüstəm İbrahimbəyovun azərbaycanlılara, Azərbaycan dövlətinin uğurlarına qarşı aqressiv münasibəti açıq-aydın görünür.

Bu fikri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sahibə Qafarova deyib.

Sahibə Qafarova bildirib ki, ermənilər tarixən azərbaycanlılara qarşı kin, nifrət bəsləyib, soyqırımları törədiblər. Xocalıda törədilmiş dəhşətli hadisələrdən cəmi 26 il keçir. Bu soyqırımı ilə bağlı yetərincə dəlillər, videoçəkilişlər, şahidlər var. Əgər Rüstəm İbrahimbəyov obyektiv bir dramaturq olsaydı, onda elə ilk müraciət etməli olduğu mövzu Xocalıda ermənilərin törətdikləri soyqırımı olmalı idi. Amma görünür, ona bu filmi sifariş edənlər, onun maliyyəsini təmin edənlər üçün azərbaycanlıların təhqir olunması əsas hədəf olub. Əkrəm Əylislinin "Daş yuxular”ı ilə Azərbaycan dövlətinə və xalqına qarşı başlanan hücum Rüstəm İbrahimbəyovun "ekran əsəri” ilə davam edir və şübhə etmirəm ki, burada da erməni izi görünür.

Milli Məclisin deputatı deyib ki, filmin ssenarisi, hadisələrin ardıcıllığı, ideyası bir fikri təlqin edir. Burada başlıca məqsəd ermənilərin guya ağıllı, ədalətli, məzlum bir toplum olduğunu nümayiş etdirməkdir. Erməni ideoloqları illərdir dünya ictimaiyyətinə özlərini məhz bu cür təqdim etmək istəyirlər. Onlar türkləri, azərbaycanlıları qəddar, faşist kimi, özlərini isə guya azərbaycanlıların zülmünə məruz qalan xalq kimi göstərirlər. "Qafqaz üçlüyü”nün ideyası da budur. Amma şübhə yoxdur ki, onların bu arzuları həyata keçməyəcək. Nə ermənilər, nə də Rüstəm İbrahimbəyov kimilərinin dövlətimiz və xalqımız haqqında söylədikləri ictimai rəy yaratmaq gücünə sahibdir. Azərbaycan xalqı yüksək mənəvi keyfiyyətləri, zəngin mədəniyyəti, tarixi ənənələri ilə uğurla inteqrasiya olunur, xalqımızın bəşəriyyətə təqdim etdiyi çoxsaylı müsbət nümunələr dünyada ölkəmizlə bağlı ən dolğun təəssüratı formalaşdırır.

S.Qafarova vurğulayıb ki, filmdə Azərbaycan xalqının vəhşi, qəddar, riyakar, mədəniyyətsiz kimi təqdim olunması, ermənilərin yüksək dəyərləri daşıyan bir xalq kimi qələmə verilməsi qətiyyən qəbuledilməzdir. "Hesab edirəm ki, hər bir azərbaycanlı bu məsələyə öz münasibətini bildirməlidir. Burada hər hansı bir fikir ayrılığından söhbət gedə bilməz. Bu kimi zərərli, təhlükəli addımlara qarşı hər birimiz qətiyyətli olmalıyıq”, - deyə o vurğulayıb.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9008
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1523
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1767
CHF 1 1 İsveçrə frankı 1.6933
KWD 1 1 Küveyt dinarı 5.5837
TRY 1 1 Türkiyə lirəsi 0.2779