• cümə, 29 Mart, 06:40
  • Baku Bakı 5°C

Azərbaycana içki idxalı 24% artıb

29.07.17 17:22 1534
Azərbaycana içki idxalı 24% artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan xaricə 10,152 mln.ABŞ dolları məbləğində spirtli və spirtsiz içkilər ixrac edilib.
Dövlət Gömrük Komitəsindən (DGK) "Report"a verilən məlumata görə, bu, 2016-cı ilin eyni dövrü ilə müqayisədə 1,569 mln.dollar və yaxud 16,2% çoxdur.
Hesabat dövründə spirtli və spirtsiz içkilərin ixracı ümumi ixracın 0,2%-ni təşkil edib.
2017-ci ilinilk 6 ayı ərzində Azərbaycana idxal edilmiş spirtli və spirtsiz içkilərin dəyəri isə 29,413 mln.dollar olub. Bu isə 1 il əvvələ nisbətən 5.687 mln.dollar və yaxud 24% çoxdur.
Spirtli və spirtsiz içkilərölkənin ümumi idxalında 0,9%-lik paya malik olub.
banner

Oxşar Xəbərlər