• şənbə, 20 Aprel, 10:56
  • Baku Bakı 14°C

“Azərbaycana gətirilən “halal” məhsullar yoxlanacaq” - Komitə sədri

03.04.14 11:53 1378
“Azərbaycana gətirilən “halal” məhsullar yoxlanacaq” - Komitə sədri
“APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib.
“Bu bizim milli standartımızdır və beynəlxalq standartın əsasında tətbiq olunub. Bunun üçün də istər Azərbaycanda, istərsə də xaricdə istehsal olunan məhsullar bu standarta uyğun olmalıdır”, - deyə o bildirib.
R.Həsənov deyib ki, əgər hansısa şirkət Azərbaycana “Halal” markası ilə məhsullar idxal edəcəksə, onların bununla bağlı sertifikatı olmalıdır: “Bu sertifikatın əsasında Komitə tərəfindən araşdırmalar aparılacaq və onlara milli standarta uyğunluğu yoxlanılacaq”.
banner

Oxşar Xəbərlər