AZE | RUS | ENG |

Azərbaycana gələn turistlərin sayı çoxalıb

Azərbaycana gələn turistlərin sayı çoxalıb
Azərbaycana Hindistan, Pakistan və Çindən gələn turistlərin sayı çoxalıb.

Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib.

N.Bağırovun sözlərinə görə, artım daha çox bu ilin yanvar ayından müşahidə edilir: "Hindistanla birbaşa uçuşlarımız olmasa da, bu ölkədən Azərbaycana gələn turistlərin sayı artır. Artıq paytaxt küçələrində də hindistanlı turistləri daha çox görürük”.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, bu ilin yanvar-fevral aylarında Azərbaycana Hindistandan 3434, Pakistandan 3136, Çindən 1237 nəfər gəlib.

2017-ci ildə Azərbaycana Pakistandan 17 558, 2016-cı ildə 3998, 2015-ci ildə 2193, 2014-cü ildə 1817 nəfər turist gəlib.

2017-ci ildə Hindistandan Azərbaycana 14 173, 2016-ci ildə 6012, 2015-cı ildə 5584, 2014-cü ildə 4853 nəfər turist səyahət edib.

2017-ci ildə Çindən ölkəmizə 10 258, 2016-cı ildə 7363, 2015-ci ildə 5094, 2014-cü ildə 5930 nəfər əcnəbi gəlib.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6495
GBP 1 İngilis funt sterlinqi 2.2236
TRY 1 Türk lirəsi 0.2688
KWD 1 Küveyt dinarı 5.6152
SEK 1 İsveç kronu 0.1934
EUR 1 Avro 1.9967
CHF 1 İsveçrə frankı 1.7715
USD 1 ABŞ dolları 1.7000