• cümə axşamı, 18 aprel, 14:09
  • Baku Bakı 22°C

Azərbaycana diametri 2 sm olan dolu yağıb

10.06.16 13:22 904
Azərbaycana diametri 2 sm olan dolu yağıb
Azərbaycan ərazisində iyunun 9-u gündüzdən 10-u səhərədək müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, iyunun 10-u səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, dolu düşüb.
Düşən yağıntının miqdarı Böyük Qafqazda 3-15, bəzi yerlərdə 18-44, Başdaşağıl məntəqəsində 92, Qazax-Gəncə zonasında 3-10, bəzi yerlərdə 39-61, Kiçik Qafqazda 11-56, Lənkəran-Astara zonasında 1-22, Mərkəzi Aran rayonlarında 1-24 mm təşkil edib.
İyunun 9-da saat 20:18-20:20 radələrində Göygöldə 12, saat 16:22-16:26 radələrində isə Gəncədə diametri 18 mm olan dolu düşüb.
banner

Oxşar Xəbərlər