AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycana bir neçə ölkədən koronavirus vaksini gətiriləcək

Azərbaycana bir neçə ölkədən koronavirus vaksini gətiriləcək

Təfsilat
07 Yanvar 2021, 18:00 174
"Türkiyə ilə yanaşı, GAVİ (Global Alliance for Vaccines) təşkilatından da əhalinin 10 faizini peyvəndləyə biləcəyimiz vaksinləri gözləyirik. Bununla bağlı saziş də imzalanıb”.

Kaspi.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

O qeyd edib ki, GAVİ təşkilatının Azərbaycana hansı peyvəndin verəcəyi ilə bağlı hələlik məlumat yoxdur: "Biz onlara sadəcə istəklərimizi bildirə bilirik ki, hansı növ vaksin istəyirik. Təbii ki, fərqli vaksin də ola bilər, yəni bir çox ölkənin peyvəndinin gətirilməsini gözləyirik. Sadəcə zaman və əlçatanlıq məsələsi var. Məsələn, GAVİ-dən aprel ayı üçün vaksin gözləyirik. Ona qədər də qış fəsli bitmiş olacaq. Zaman itkisi olduğuna görə də peyvəndlənməyə başlayan ölkələrin sırasında olmaq istəyirik. Bəlkə də, gələn il üçün virusla əlaqəli bir neçə vaksin təqdim olunacaq”. (Report)