• çərşənbə axşamı, 19 mart, 08:54
  • Baku Bakı 8°C

Azərbaycana bahar gəlir: martın 20-də saat 14:28-də

19.03.17 09:00 1244
Azərbaycana bahar gəlir: martın 20-də saat 14:28-də
Azərbaycana bahar gəlir: bu, martın 20-də Bakı vaxtı ilə saat 14:28 (Qrinviç vaxti ilə 10:28) radələrində baş verəcək. Həmin gün gecə və gündüz bərabərləşəcək.
Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika RəsədxanasındanAZƏRTAC-a bildiriblər ki, martın 19-da Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçəcək, Yerin hərəkət müstəvisi ilə ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaq. Bu, astronomiyada "yaz bərabərliyi nöqtəsi” adlanır. Həmin vaxtdan etibarən şimal yarımkürəsində başlayan astronomik bahar iyunun 21-dək davam edir.
Bahar gələndə torpaq və təbiət canlanır, ağaclar qış yuxusundan oyanır. İlk yarpaqlar, ilk çiçəklər açılır, kənddə yaz-tarla işləri başlayır. Köçəri quşlar geri dönür. Bir sözlə, həyat təzələnir. Təsadüfi deyil ki, baharın ilk günü həm də yeni ilin başlanğıcı sayılır və coşqu ilə bayram edilir.
AMEA Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin böyük elmi işçisi Atəş ƏhmədlininAZƏRTAC-a verdiyi məlumata görə, Azərbaycanda bayram axşamı martın 19-da qeyd olunur.
Baharın hüsnünə çox şeirlər yazılıb, nəğmələr qoşulub. Səməd Vurğunun "Bahar” şeiri onların arasında xüsusilə seçilir:
Bahar, istəklimsən başdan-binadan,
Ən gözəl qızısan sən təbiətin.
Xoşbəxt yaranmısan xoşbəxt anadan,
Gözünün odusan şeirin, sənətin,
Ən gözəl qızısan sən təbiətin…
banner

Oxşar Xəbərlər