• cümə, 29 Mart, 15:55
  • Baku Bakı 14°C

Azərbaycana bahar gəlib

20.03.17 14:56 840
Azərbaycana bahar gəlib
Azərbaycana bahar gəlib. AMEA-nınNəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasınındirektor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır MikayılovunAPA-ya verdiyi məlumata görə, bahar martın 20-si saat 14:29 radələrində ölkəyə qədəm basıb.
O bildirib ki, martın 19-da Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edib.
Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olub.
"Bu nöqtəyə astronomiyada "yaz bərabərliyi nöqtəsi” deyilir. Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınıb. Həmin andan şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyunun 21-dək davam edir”, - deyə X. Mikayılov qeyd edib.
banner

Oxşar Xəbərlər