• cümə, 29 Mart, 17:02
  • Baku Bakı 14°C

Azərbaycana avtomobil idxalı 20% artıb

28.12.20 17:33 433
Azərbaycana avtomobil idxalı 20% artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycana 47 841 ədəd avtomobil idxal olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 19,6% çoxdur.
Dövlət Gömrük Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə ölkəyə 44 278 ədəd əsasən adamların daşınması üçün nəzərdə tutulan minik avtomobili və digər mühərrikli nəqliyyat vasitəsi idxal olunub. Bu göstərici ötən ilin göstəricisindən 22,8% çoxdur.
Bundan başqa, bu ilin 11 ayında ölkəyə 3 203 ədəd (ötən ilin analoji dövrü ilə müqayisədə 1,8% az) yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələri, 223 ədəd (azalma 54,8%) sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri və 137 ədəd (35 ədəd az) xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri idxal olunub.
Komitənin məlumatına görə, bu ilin yanvar-noyabr aylarında ölkəyə 4 486 ədəd daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, həmçinin 146 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri idxal olunub.
Ümumi olaraq, yanvar-noyabr aylarında avtomobil idxalının dəyəri 576 175,03 min ABŞ dolları təşkil edib.
banner

Oxşar Xəbərlər