AZE | RUS | ENG |

Azərbaycana 2,7 milyon turist gəlib

Azərbaycana 2,7 milyon turist gəlib
2016-cı illə müqayisədə 2017-ci ildə Azərbaycana gələn xarici turistlərin sayı 447972 (19,9 faiz) nəfər artaraq, 2696745 nəfər olub ki, bu da indiyə qədər müşahidə olunan ən yüksək göstəricidir.
 
APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2017-ci ildəki fəaliyyəti haqqında hesabatda qeyd olunub.
 
Hesabatda bildirilib ki, turistlərdən 854331 Rusiya Federasiyası, 538213 Gürcüstan, 363528 İran, 301924 Türkiyə, 102498 Birləşmiş Ərəb Əmirlikləri, 62547 İraq, 57818 Ukrayna, 33312 Səudiyyə Ərəbistanı, 382574 nəfəri isə digər ölkələrin vətəndaşları olub.

Hesabat dövründə ölkəmizdə fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli yerləşdirmə vasitələrinin sayı 563-ə, turizm və turizmə uyğun sahələrdə çalışan işçilərin sayı isə 43477-yə çatıb.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6914
GBP 1 İngilis funt sterlinqi 2.2548
TRY 1 Türk lirəsi 0.3585
KWD 1 Küveyt dinarı 5.6127
SEK 1 İsveç kronu 0.1915
EUR 1 Avro 1.9745
CHF 1 İsveçrə frankı 1.7156
USD 1 ABŞ dolları 1.7000