Azərbaycana 2003-2017-ci illərdə yatırılan investisiyaların həcmi 236 milyard dollar olub
Azərbaycan iqtisadiyyatına 2003-2017-ci illər arasında yatırılan investisiyaların həcmi 236 milyard dollar təşkil edib.
Trend-in məlumatına görə, bunu Baş nazirin müavini Yaqub Eyyubov bu gün keçirilən "Azərbaycan Rəqabətlilik Forumu 2018” adlı tədbirdə çıxışı zamanı bildirib.
Baş nazirin müavininin sözlərinə görə, bu həcmin yarısı xarici investisiyaların payına düşüb.