• cümə axşamı, 25 aprel, 11:54
  • Baku Bakı 14°C

Azərbaycan öz torpaqlarını azad etmək istəyir və özgə ərazilərinə iddia etmir

28.09.20 17:15 372
Azərbaycan öz torpaqlarını azad etmək istəyir və özgə ərazilərinə iddia etmir
Ermənistanın Dağlıq Qarabağ problemində aqressiv və təxribatçı siyasəti Azərbaycanla müharibənin bərpa olunmasını qaçılmaz edib.
Trend-in məlumatına görə, bunu "Vestnik Kavkaza” saytına müsahibəsində Milli Məclisin deputatı, hərbi ekspert Arzu Nağıyev deyib.
O bildirib ki, Ermənistan rəhbərliyinin Qarabağın Ermənistana aid olması barədə qeyri-adekvat bəyanatları və Azərbaycanın işğal olunmuş ərazilərinə Yaxın Şərqdən muzdluların qanunsuz köçürülməsi müharibəyə çevrilməyə bilməzdi:
"Həm də Ermənistan son aylarda bir neçə dəfə qəsdən qanunsuz tədbirlər keçirib və bu, Azərbaycan xalqının hisslərinə toxunmaqla münaqişənin gərginləşməsinə səbəb olub. Azərbaycanla Ermənistan sərhədindəki iyul döyüşlərindən fərqli olaraq, bu dəfə erməni qoşunları işğal olunmuş ərazilərin bütün perimetri boyunca hücum həyata keçirdilər. Nəticədə onlar hazırda layiqli cavablarını alır, antiterror əməliyyatı davam edəcək. Artıq 7 kənd və Murovdağı zirvəsi azad edilib, düşmənin çoxlu sayda texnikası və canlı qüvvəsi məhv edilib”.
Deputat əlavə edib ki, bütün regional iştirakçılar bir faktı başa düşür: Azərbaycan Ermənistan ərazisində müharibə aparmır:
"Azərbaycanın öz ərazilərini azad etmək, antiterror əməliyyatı keçirmək hüququ var. Biz yalnız öz torpaqlarımızın azad edilməsini istəyirik və heç bir beynəlxalq qaydaları və qanunları pozmuruq. Biz torpaqları dinc yolla qaytarmağa çalışdıq, amma bu cəhdlər Ermənistan tərəfindən qəbul olunmadı. Bunu münaqişənin tənzimlənməsi üzrə vasitəçi-ölkələr görür”.
banner

Oxşar Xəbərlər