AZE | RUS | ENG |

Azərbaycan yığmasının yeni baş məşqçisinin karyerası

Azərbaycan yığmasının yeni baş məşqçisinin karyerası
Azərbaycan millisinin baş məşqçisi müəyyənləşib. 
 
Kaspi.az xəbər verir ki, bu posta xorvatiyalı mütəxəssis Nikola Yurçeviç təyin olunub. 53 yaşlı Yurçeviç baş məşqçi fəaliyyətinə 2002-ci ildə ölkəsinin "Dinamo" (Zaqreb) komandasında başlayıb. 
 
O, 2005-ci ildə Avstriyanın "Austriya” və Xorvatiyanın "Slaven Belupo” kollektivlərinə rəhbərlik edib. 
 
Bundan sonra S.Biliçin məşqçi korpusunda yer alan mütəxəssis, Xorvatiya millisində (2006 - 2012), eləcə də Rusiyanın "Lokomotiv”, Türkiyənin "Beşiktaş” və İngiltərənin "Vest Hem” komandalarında köməkçi-məşqçi funksiyasını yerinə yetirib. 
 
N.Yurçeviç son olaraq 2018-ci ildə Zaqreb "Dinamo"sunun baş məşqçisi olub. 
 
Milan Obradoviç Azərbaycan U-21, Samir Əliyev U-19, Miloş Velebit  U-15, U-16 yığmalarının baş məşqçisi kimi təsdiqlənib.  Miloş Velebit, eyni zamanda, U-15, U-16, U-17, U-18 və U-19 milli komandalarının koordinatoru kimi də fəaliyyət göstərəcək.


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8876
GEL 1 1 Gürcüstan larisi 0.583
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0559
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.7369
KWD 1 1 Küveyt dinarı 5.5865
TRY 1 1 Türkiyə lirəsi 0.3056