• çərşənbə axşamı, 23 aprel, 11:22
  • Baku Bakı 20°C

Azərbaycan yığmasının rəqibi heyətini açıqladı

03.10.13 15:26 1301
Azərbaycan yığmasının rəqibi heyətini açıqladı
Oktyabrın 11-də Azərbaycan milli komandası ilə 2014-cü il dünya çempionatının seçmə qrup matçında üz-üzə gələcək Şimali İrlandiya milli komandasının heyəti açıqlanıb. Lent.az-ın Şimali İrlandiya Futbol Assosiasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Maykl O Nil qarşıdakı görüşə 23 futbolçu dəvət edib.
Onların əksəriyyəti İngiltərə çempionatlarında çıxış edənlərdir:
Qapıçılar: Roy Kerroll (“Olimpiakos”, Yunanıstan), Alan Mannus (“Sent Conston”, Şotlandiya), Maykl Mak Qovern (“Falkirk”, Şotlandiya)
Müdafiəçilər: Qaret Makoli (“Vest Bromviç”, İngiltərə), Conatan Evans (“Mançester Yunayted”, İngiltərə), Aleks Brüs (“Hall Siti”, İngiltərə), Li Hodson (“MK Dons”, İngiltərə), Daniel Lafferti (“Barnli”, İngiltərə), Kreyq Ketkart (“Blekpul”, İngiltərə), Aron Hyuz (“Fulhem”, İngiltərə)
Yarımmüdafiəçilər: Kris Beyrd (“Ridinq”, İngiltərə), Stiven Devis (“Sauthempton”, İngiltərə), Oliver Norvud (“Haddersfild Taun”, İngiltərə), Neyl Makginn (“Aberdin”, Şotlandiya), Şon Ferqyuson (“Birmingem”, İngiltərə), Korri Evans (“Blekbern”, İngiltərə), Kris Brant (“Vest Bromviç”, İngiltərə), Semmi Klinqan (“Kilmarnok”, Şotlandiya)
Hücumçular: Uil Qriqq (“Brentford”, İngiltərə), Billi Makkey (“İnverness”, Şotlandiya), Martin Paterson (“Haddersfild Taun”, İngiltərə), Ceymi Uord (“Derbi Kaunti”, İngiltərə), Coş Magennis (“Aberdin”, Şotlandiya).
Qeyd edək ki, “Bakcell Arena”da təşkil olunacaq Azərbaycan – Şimali İrlandiya matçı saat 21:00-da başlanacaq.
banner

Oxşar Xəbərlər