• cümə axşamı, 25 aprel, 04:54
  • Baku Bakı 19°C

Azərbaycan yığmasının oyununda videotəkrara Çakır cavabdeh olacaq

24.03.18 21:50 716
Azərbaycan yığmasının oyununda videotəkrara Çakır cavabdeh olacaq
Azərbaycan millisinin Makedoniya ilə keçirəcəyi yoxlama matçı üçün bütün təyinatlar məlum olub.
Kaspi.az xəbər verir ki, Makedoniya ilə oyunu Türkiyədən olan hakimlər briqadası idarə edəcək. Öncədən bildirdiyimiz kimi, matçın əsas hakimi Halis Özkahya olacaq. Kemal Yılmaz və Kerem Ersoy köməkçi hakimlər kimi fəaliyyət göstərəcək. Dördüncü hakim funksiyasını isə Ali Palabıyık yerinə yetirəcək.
Bəlli olduğu kimi, bu oyunda videotəkrar sistemindən (VAR) istifadə olunacaq. Məhz bu yeni sistemlə əlaqədar millimizin Makedoniya ilə oyununa türkiyəli FİFA referisi Cüneyt Çakır da təyinat alıb. Antalyada keçiriləcək qarşılaşmada o, videotəkrara (VAR) baxacaq. Köməkçi videotəkrar hakim funksiyasını isə Hüseyn Göçek yerinə yetirəcək.
Makedoniya ilə qarşılaşma martın 27-də Antalyadakı "Mardan” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
banner

Oxşar Xəbərlər