• cümə, 26 Aprel, 20:26
  • Baku Bakı 22°C

Azərbaycan yığmasının çeçen əsilli məşqçisi çağırış etdi

17.02.19 15:36 697
Azərbaycan yığmasının çeçen əsilli məşqçisi çağırış etdi
Moskvada çeçenlərlə azərbaycanlılar arasında baş vermiş insident təxribatdır.
Bunu Trend-ə sərbəst güləş üzrə Azərbaycan yığmasının böyük məşqçisi, çeçen əsilli Zəlimxan Hüseynov bildirib.

O, hər iki xalqın nümayəndələrini belə təxribatlara uymamağa çağıraraq deyib: "Hörmətli qardaşlar, bu cür təxribatlara uymayın. Çünki bu hərəkətlər İslamın bütün normalarına ziddir. Mən Azərbaycanda sərbəst güləş üzrə millinin böyük məşqçisiyəm. Hər kəsi bir-birinə hörmət, səbr və qarşılıqlı anlayış göstərməyə çağırıram".
Qeyd edək ki, fevralın 14-də Moskvada azərbaycanlılar və çeçenlər arasında məişət zəminində münaqişə olub. Hadisə yerinə gələn polis əməkdaşları 18 nəfəri saxlayıb.
banner

Oxşar Xəbərlər