AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Azərbaycan yığmasının baş məşqçisi postuna ən real namizədlərdən biriyəm”

“Azərbaycan yığmasının baş məşqçisi postuna ən real namizədlərdən biriyəm”

İdman
18 Noyabr 2014, 16:10 872
"Azərbaycanda Türkiyədəki qədər sevilirəm. Ora getdiyimiz zaman gömrükdə bizdən pasport soruşmurlar”.

Apasport.az xəbər verir ki, bu sözləri türkiyəli mütəxəssis Yılmaz Vural deyib.

Son klubu bu mövsüm Superliqaya yüksələn “Mersin İdman Yurdu” olan 61 yaşlı məşqçi verdiyi açıqlamada yığmamızı çalışdıra biləcəyindən danışıb.

İndiyə qədər 28 klubda baş məşqçi kimi işləmiş Vural AFFA-dan rəsmi təklif almadığını, lakin adının namizədlər siyahısında olduğunu bildirib: “Mən həmişə Azərbaycanda da gündəmdə olan türkiyəli məşqçilərdən biriyəm. AFFA tərəfindən mənə hər hansı rəsmi təklif göndərilməyib. Amma Azərbaycan yığmasının baş məşqçisi postuna ən real namizədlərdən biri də mənəm. Azərbaycan millisi potensialı olan bir komandadadı. Çünki maliyyə dəstəkləri çox yaxşıdı. Əgər qardaş ölkə yığmasının baş məşqçisi olsam, əlimdən gələni edəcəm”.

Qeyd edək ki, Yılmaz Vural məşqçilik karyerası boyu heç bir milli komandada işləməyib. O, 1986-cı ildən bəri Türkiyədə 28 klub çalışdırıb.