• cümə, 29 Mart, 09:59
  • Baku Bakı 5°C

Azərbaycan yığmasının adadakı sınağı

11.10.18 10:25 538
Azərbaycan yığmasının adadakı sınağı
Bu gün futbol üzrə UEFA Millətlər Liqasında qrup mərhələsinin 3-cü turunun oyunları keçiriləcək.
Aznews.az xəbər verir ki, Azərbaycan yığması da sözügedən turnirdə növbəti matçına çıxacaq.
Qurban Qurbanovun çalışdırdığı millimiz səfərdə Farer adaları ilə qarşılaşacaq.
Xatırladaq ki, Azərbaycan yığması ilk turda Bakıda Kosovo (0:0), səfərdə Malta ilə (1:1) bərabərə qalıb. Farer adaları isə ilk turda Maltaya 3:1 hesabı ilə qalib gəldiyi halda, səfərdə Kosovoya uduzub - 0:2.
Bu gün millimizin yer aldığı qrupun digər matçında Kosovo evdə Malta ilə qarşılaşacaq.
UEFA Millətlər Liqası
D Liqası, 3-cü qrup
11 oktyabr
22:45. Farer adaları - Azərbaycan
Baş hakim: Aleksey Yeskov.
Baş hakimin köməkçiləri: Dmitri Mosyakin, Anton Averianov.
Dördüncü hakim: Valeri Dançenko.
Əlavə köməkçi hakimlər: Sergey Lapoçkin, Mixail Vilkov (Hakimlər briqadası Rusiyadandı).
banner

Oxşar Xəbərlər