AZE | RUS | ENG |

Azərbaycan yığmasından fantastik sıçrayış

Azərbaycan yığmasından fantastik sıçrayış
Braziliyada keçirilən dünya çempionatının ardından milli komandaların FİFA reytinqi açıqlanacaq. Apasport.az xəbər verir ki, hesablamalar əsasında iyulun 17-də rəsmən açıqlanacaq siyahı indidən bəllidi.

Mundialın 64 qarşılaşması reytinq siyahısında ciddi dəyişikliklərə səbəb olub.

Uzun müddət zirvədə qərarlaşan İspaniyanın hegemonluğu başa çatıb. Pireneylilər 6 pillə geriləyiblər. Braziliya və İtaliyanın 5, İngiltərənin 10 pillə geriləməsi də qeyd olunmalıdı. Sonuncu iki komanda “onluq”dan da kənar düşüb.

Əvəzində Almaniya 1-ci yerə qalxıb. Hollandiya isə böyük sıçrayış edib. Argentina, Kolumbiya, Belçika və Fransa milliləri də ötən reytinqlə müqayisədə irəliləyiblər.

İlk “onluq”

1 (2). Almaniya – 1761
2 (5). Argentina – 1689
3 (15). Hollandiya - 1525
4 (8). Kolumbiya – 1492
5 (11). Belçika – 1407
6 (7). Uruqvay - 1330
7 (1). İspaniya - 1229
8 (3). Braziliya – 1220
9 (6). İsveçrə - 1226
10 (17). Fransa – 1202

Hesabat dövründə heç bir oyun keçirməyən Azərbaycan yığması da mövqeyi dəyişib. Ötən ay 83-cü yerdə qərarlaşan komandamız tarixinin ən yaxşı nəticəsi olan həmin göstəricini də yaxşılaşdırıb.

Millimiz bu dəfə 10 pillə irəliləyib. 410 xalla 73-cü pillədə olan komandamız Makedoniya, Avstraliya, Kabo-Verde, Zambiya, Mərakeş, Belarus, Yamayka, Trinidad və Tobaqo, Haiti və Salvadoru arxada qoyub.

Yığmamız tarixinin ən yaxşı nəticəsini göstərən 4 komandadan biridi. Mundialın tapıntılarından olan Kosta-Rika da 16-cı yerə qalxmaqla, tarixlərində yeni səhifə açıb.

Millimiz və “qonşuları”

70 (70). İrlandiya - 440
71 (67). Boliviya - 429
72 (78). Bolqarıstan - 425
73 (83). AZƏRBAYCAN - 410
74 (80). Makedoniya – 406
75 (39). Kabo-Verde – 401
76 (62). Avstraliya – 397

Millimizin AVRO-2016-nın seçmə mərhələsindəki 5 rəqibindən üçü - Bolqarıstan 6, Norveç 2, Xorvatiya 1 pillə irəliləyib, İtaliya və Malta isə mövqeyini əldən verib.

AVRO-2016-nın seçmə mərhələsinin H qrupu

14 (9). İtaliya – 1056
17 (18). Xorvatiya – 955
53 (55). Norveç - 520
72 (78). Bolqarıstan - 425
73 (83). AZƏRBAYCAN - 410
150 (132). Malta - 146

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.902
GEL 1 1 Gürcüstan larisi 0.6137
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1349
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1782
CHF 1 1 İsveçrə frankı 1.6989
KWD 1 1 Küveyt dinarı 5.5878
TRY 1 1 Türkiyə lirəsi 0.2889