• şənbə, 20 Aprel, 01:47
  • Baku Bakı 15°C

“Azərbaycan yığmasında yerli məşqçi olmalıdır”

23.09.13 08:52 1157
“Azərbaycan yığmasında yerli məşqçi olmalıdır”
“İndiyədək heç vaxt ölkə xaricində çalışmamışam. Amma Bakıya gəlib gördüm ki, Azərbaycanla Türkiyə arasında heç bir fərq yoxdur”. Apasport.az saytının məlumatına görə, bu sözləri tanınmış türkiyəli mütəxəssis Yılmaz Vural deyib.
Adı Azərbaycan millisi və “Neftçi” klubu ətrafında hallanan çalışdırıcı dünən gerçəkləşən Bakı səfəri haqda fikirlərini açıqlayıb: “Bir-birimizi başa düşürük. Azərbaycanda çalışmaq başqa bir yad ölkədə işləməyə bənzəməz. Burada təklif alsam, sevə-sevə qəbul edərəm. Milli komanda üçün yeni baza inşa olunur. Bu da o deməkdir ki, Azərbaycanda futbola sərmayə qoyulur. Təbii ki, bizə belə bir vəzifə verilsə, Azərbaycan futboluna öz töhfəmizi verə bilərik. Lakin mənə belə təklif olmadı. Təklif olsa, şərəflə qəbul edərəm”.
Vural Azərbaycan millisində yerli mütəxəssis görmək istədiyini bildirib: “Mübariz Mənsimov bizim dostumuzdur. Dolayısı ilə 5-6 il əvvəl “Xəzər Lənkəran”a gələ bilərdim. Yad məşqçinin gəlib milli komandada uğur qazanması çətindir. Tövsiyə edərdim ki, Azərbaycan yığmasına ölkənin içindən olan yerli məşqçi tapılsın. Milli komanda budur ki, siz oyunçulara öz dəyərlərinizlə nəsə öyrədirsiniz. Əcnəbi isə bunu bacarmaz. Bu üzdən ürəyim istəyər ki, Azərbaycan yığmasının başında azərbaycanlı məşqçi olsun”.
Qeyd edək ki, Vural “Sərhədçi” Olimpiya Mərkəzində keçirilən peşəkar kikboksçular arasında döyüşləri izləmək üçün Azərbaycana dəvət olunmuşdu.
banner

Oxşar Xəbərlər