• cümə axşamı, 18 aprel, 11:59
  • Baku Bakı 12°C

Azərbaycan yığması Valentin Qranatkin turnirində son oyununu keçirəcək

20.01.17 13:00 1094
Azərbaycan yığması Valentin Qranatkin turnirində son oyununu keçirəcək
FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunan XXIX ənənəvi beynəlxalq turnirdə 1999-cu il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması bu gün son oyununu keçirəcək.
"Report"un məlumatına görə, Təbriz Həsənovun rəhbərlik etdiyi komanda 9-cu yer uğrunda görüşdə Belarus yığması ilə üz-üzə gələcək.
Azərbaycan yığması bu pillə uğrunda mübarizə aparmaq üçün ilk olaraq İrana 1:0, ardınca Estoniyaya 3:0 hesabı ilə qalib gəlib.
Valentin Qranatkin turniri, 9-cu yer uğrunda görüş
20:00. Belarus - Azərbaycan
Sankt-Peterburq. Peterburski İdman-Konsert Kompleksi
Qeyd edək ki, Azərbaycan yığması çıxış etdiyi C qrupunun sonuncusu olub. Litvaya 1:2, Slovakiyaya isə 0:1 hesabı ilə məğlub olan komanda Qazaxıstanla sülh bağlayıb - 2:2. 9 - 16-cı yerlər uğrunda mübarizədə isə yığma İrana 1:0 hesabı ilə qalib gəlib.
banner

Oxşar Xəbərlər