• cümə, 29 Mart, 06:04
  • Baku Bakı 5°C

Azərbaycan yığması uğursuz seriyalara son qoyub

10.03.17 11:49 866
Azərbaycan yığması uğursuz seriyalara son qoyub
Qətərlə yoxlama oyununda 2:1 hesabı ilə qalib gələn Azərbaycan yığması uğursuz seriyalara son qoyub. Apasport.az saytının məlumatına görə, ötən il oktyabrın 8-də evdə Norveçi 1:0 hesabı ilə yenən yığmamız 152 gündən sonra qələbə sevinci yaşayıb. Ardınca Çexiya ilə qolsuz heç-heçə edib, Şimali İrlandiyaya 0:4 hesabı ilə uduzan milli, həm də qol həsrətinə son qoyub.

Belə ki, Maksim Medvedevin Skandinaviya təmsilçisinə vurduğu qoldan sonra Robert Prosineçkinin yetirmələri rəqib qapısına yol tapa bilmirdi. Bu həsrəti Dohadakı matçın 52-ci dəqiqəsində fərqlənən Tərlan Quliyev qırıb. O, 310 dəqiqəlik seriyaya son qoyub.

2016-cı il sentyabrın 4-də San-Marinoda 1:0 hesablı qələbə qazanan komandamız 186 gündən sonra səfərdə sevinib. Ostravada Çexiya, Belfastda Şimali İrlandiyanı yenə bilməyən yığmamız 2 matçdan sonra səfərdən üzüağ dönüb.

Ötən il keçirdiyi oyunların heç birində 1-dən artıq qol vurmayan yığma Qətərdə 2 dəfə fərqlənib. Millimizin 2 dəfə rəqib qapısına yol tapdığı son matç 2015-ci ilə təsadüf edib. Noyabrın 17-də Moldovanı Bakıda 2:1 yenən futbolçularımız 478 gündən və ya 8 oyundan sonra bunu bacarıb.

Yığmamızın səfərdə 2 qol vurması isə ümumiyyətlə nadir hadisələrdəndi. Sonuncu belə uğur 2015-ci il sentyabrın 6-da qeydə alınıb. 550 gün öncə Maltada 2:2 hesablı heç-heçə edən Prosineçkinin yetirmələri yenidən meydan sahiblərini 2 dəfə məyus edib.
banner

Oxşar Xəbərlər