• cümə axşamı, 28 mart, 14:45
  • Baku Bakı 16°C

Azərbaycan yığması Türkiyə və Moldova ilə birgə hazırlıq keçir - Video

10.01.21 15:15 584
Azərbaycan yığması Türkiyə və Moldova ilə birgə hazırlıq keçir - Video
Qadın güləşi üzrə Azərbaycan milli komandası Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışını davam etdirir.
Kaspi.az Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, yanvarın 4-dən start götürən hazırlıq prosesində kollektiv baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında Türkiyə və Moldova milliləri ilə birgə hazırlıq keçir. "Qorrion" otelində məskunlaşan komandalar həm fiziki, həm də taktiki-texniki hazırlıq üzərində çalışır.
Qarşıdakı mühüm yarışlara, o cümlədən lisenziya turnirlərinə hazırlıq xarakteri daşıyan toplanış yanvarın 20-dək davam edəcək.
banner

Oxşar Xəbərlər