• cümə, 19 Aprel, 02:07
  • Baku Bakı 18°C

Azərbaycan yığması təhlükəli deyil - Valeri Qazzayev

09.10.13 09:46 1547
Azərbaycan yığması təhlükəli deyil - Valeri Qazzayev
“Lüksemburq və Azərbaycanla oyunlarda Rusiya yığmasının 6 xal qazanacağına heç bir şübhəm yoxdur”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya millisinin sabiq baş məşqçisi Valeri Qazzayev deyib.
Tanınmış mütəxəssis DÇ-2014-ün seçmə mərhələsinin oktyabrın 11-də Lüksemburq, 15-də Azərbaycanla səfərdə keçiriləcək oyunlarında həmyerlilərinin uğur qazanacağına əmindir: “Birincisi, komanda indi çox yaxşı vəziyyətdədir. İkincisi, futbolçular son görüşlərin əhəmiyyətini başa düşürlər. Bu üzdən özlərinə həddən artıq arxayın olub, rəqibi qiymətləndirməməyə yol verməzlər. Üçüncüsü isə millimizin rəqibləri Avropa nəhənglərindən deyil. Bizim komandamız özünün yaxşı məşqçisi ilə bütün aspektlərdə - oyunçu seçimində, motivasiyada güclüdür. Lüksemburq və Azərbaycan yığmaları arasında xüsusi fərq görmürəm. Ola bilər ki, Azərbaycan digər rəqibimizdən bir az güclüdür. Lakin bu komandalardan heç biri Rusiya üçün təhlükəli deyil. Belə oyunlarda vacib olan məhsuldarlıq yox, nəticədir. Əminəm ki, Fabio Kapello ən düzgün olan yeganə taktikanı seçəcək. Bu da bizə qrupda 1-ci olmaq imkanı verəcək”.
Qeyd edək ki, Azərbaycan – Rusiya oyunu “Bakcell Arena” stadionunda keçiriləcək.
banner

Oxşar Xəbərlər