• cümə, 29 Mart, 18:12
  • Baku Bakı 14°C

Azərbaycan yığması Rusiyaya qarşı - Bu gün

15.10.13 12:34 1747
Azərbaycan yığması Rusiyaya qarşı - Bu gün
Bu gün DÇ-2014-ün seçmə mərhələsinin Avropa zonasında mübarizəyə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, F qrupunda yer alan milli komandamız doğma azarkeşləri qarşısında Rusiya ilə üz-üzə gələcək.
Ötən matç Şimali İrlandiya qarşısında qrupdakı ilk qələbəsini qazanan Berti Foqtsun komandası bu dəfə çətin rəqibə qarşı mübarizə aparacaq. Rusiya yığması görüşün favoriti hesab olunsa da, yığmamız qonaqları Bakıda məyus etmək istəyir. Futbolçularımız ancaq qələbə fikri ilə ölkəmizə gələn Fabio Kapellonun komandası ilə matçda meydanı xalsız tərk etmək istəmir.
Qeyd edək ki, bu komandalar arasında keçirilən ilk görüş Rusiya yığması minimal hesablı qələbəsi ilə başa çatıb.
DÇ-2014-ün seçmə mərhələsi
Avropa zonası
15 oktyabr
F Qrupu
22:00. Azərbaycan - Rusiya
Hakimlər: Milorad Maziç, Milovan Ristiç, Dalibor Corceviç, Boşko Yovanetiç (Serbiya).
banner

Oxşar Xəbərlər