• cümə axşamı, 25 aprel, 19:31
  • Baku Bakı 21°C

Azərbaycan yığması FİFA reytinqində 1 pillə irəliləyib

11.08.16 13:12 1245
Azərbaycan yığması FİFA reytinqində 1 pillə irəliləyib
FİFA milli komandaların reytinq siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, hesabında 253 xal olan Azərbaycan 136-cı yerdə qərarlaşıb.

Hesabat dövründə heç bir matç keçirmədiyindən yığmamızın xal hesabı dəyişməyib. Amma Robert Prosineçkinin yetirmələri ötən ay açıqlanan siyahı ilə müqayisədə 1 pillə irəliləyib.

Buna digər ölkələrin nəticələri səbəb olub. Ötən ay millimizi qabaqlayan Salvador 12, Kuba 30 pillə geriləməklə daha aşağı yerlərə yuvarlanıb. Mərkəzi amerikalıları keçən millimiz bunadək eyni nəticəyə malik olduğu Anqoladan geri düşüb. Beləliklə, iki ölkəni keçib, birini öndə buraxan yığmamız 137-ci pilləni 136-cı yerə dəyişib.

Dünyanın 14-cü "onluğ”u
131 (134). Kurasao – 261
132 (137). Anqola - 259
133 (130). Niger - 257
134 (135). Filippin – 256
135 (136). Farer adaları – 255
136 (137).AZƏRBAYCAN – 253
137 (125). Salvador - 244
138 (139). Dominikan Respublikası – 243
138 (139). Makedoniya - 243
138 (139). Vyetnam - 243

Dünyanın ən güclü 10 komandasının mövqeyində də heç bir dəyişiklik olmayıb. Buradakı liderlərin nəinki yeri, heç xalı da dəyişməyib. Argentina zirvədə, Belçika 2-ci, Kolumbiya 3-cü pillədə qərarlaşıb.

İlk "onluq”
1 (1). Argentina – 1585
2 (2). Belçika – 1401
3 (3). Kolumbiya – 1331
4 (4). Almaniya – 1319
5 (5). Çili – 1316
6 (6). Portuqaliya – 1266
7 (7). Fransa – 1189
8 (8). İspaniya – 1165
9 (9). Braziliya – 1156
10 (10). İtaliya – 1155

Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərindən Almaniya, Şimali İrlandiya və San-Marinonun mövqeyi dəyişməyib. Çexiya ilə Norveç isə bir pillə geriləyib.

DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası üzrə C qrupu
4 (4). Almaniya – 1319
28(28). Şimali İrlandiya - 822
34 (33). Çexiya - 768
50 (49). Norveç - 588
200 (200). San-Marino – 20

Qeyd edək ki, qonşu Türkiyə yığması Macarıstanla birlikdə 19-cu yerə şərikdi. Mövqeyi dəyişməz qalan "ay-ulduzlular” 915 xala malikdi.
banner

Oxşar Xəbərlər