Azərbaycan yığması Belarusa 5 qol vurdu
Qırğızıstanda təşkil olunmuş “Dostluq Kuboku” turnirində 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilk oyununu keçirib. Azerisport.az xəbər verir ki, belaruslu həmyaşıdları ilə qarşılaşan futbolçularımız 5:3 hesabı ilə qələbə qazanıb.
Fərid Əsədlinin het-trik etdiyi oyunda Pilağa Mehdiyev və Adəm Əsgərov hərəyə 1 dəfə fərqlənib.
Fərid Əsədlinin het-trik etdiyi oyunda Pilağa Mehdiyev və Adəm Əsgərov hərəyə 1 dəfə fərqlənib.