• cümə, 29 Mart, 08:38
  • Baku Bakı 5°C

Azərbaycan yığması 2017-ci ili 117-ci yerdə başa vurub

21.12.17 16:00 991
Azərbaycan yığması 2017-ci ili 117-ci yerdə başa vurub
FİFA-nın milli komandalar üçün reytinq cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, 2017-ci ilin son siyahısında dünyanın 211 yığması yer alıb.
Ötən ayla müqayisədə siyahıda bəzi dəyişikliklər baş verib. Bu azsaylı mövqe fərqləri əsasən Avropadan kənarda baş tutan matçlarla bağlıdı.
Qeydə alınan dəyişikliklər Azərbaycan millisinin mövqeyinə təsir etməyib. 4 həftə öncə 281 xalla 117-ci olan komandamız eyni göstərici ilə mövqeyini qoruyub.
Bu, Qurban Qurbanovun yığmamıza baş məşqçi təyinatının rəsmiləşməsindən sonra ilk FİFA reytinqidi. Qurbanov fəaliyyətini 117-ci sıradan başlayıb.
Düzdü, heç bir matç keçirməyən millimizin qonşuları yerdəyişmələrə məruz qalıb. Belə ki, Vyetnam və Ruanda komandamızı arxada qoyubsa, Nikaraqua və KXDR aşağı yuvarlanıb.
Millimiz və "qonşular”ı
112 (125). Vyetnam – 298
113 (120). Ruanda - 295
114 (112). Türkmənistan – 292
115 (125). Bəhreyn – 282
115 (120). Qırğızıstan - 282
117 (117). Azərbaycan – 281
118 (119). Namibiya - 274
119 (103). Nikaraqua - 273
120 (121). Yəmən – 268
121 (122). Yeni Zelandiya – 267
122 (123). Mərkəzi Afrika Respublikası - 266
122 (123). Toqo - 266
Dünyanın ən güclü 10 komandasının mövqeyində isə heç bir dəyişiklik olmayıb.
İlk "onluq”
1 (1). Almaniya – 1602
2 (2). Braziliya – 1483
3 (3). Portuqaliya – 1358
4 (4). Argentina – 1348
5 (5). Belçika – 1325
6 (6). İspaniya - 1231
7 (7). Polşa - 1209
8 (8). İsveçrə - 1190
9 (9). Fransa – 1183
10 (10). Çili – 1162
Qonşu Türkiyə yığması 42-ci yerdə qalıb. "Ay-ulduzlular”ın 735xalı var.
Millimizin 2018-ci ildə qarşılaşacağı dəqiqləşən ilk komanda Gürcüstanın da mövqeyi dəyişməz qalıb. 322 xalla qonşularımız ili 104-cü sırada başa vurub.
banner

Oxşar Xəbərlər